Koçaryan erkən seçkilərdə iştirakı barədə | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan erkən seçkilərdə iştirakı barədə

10:22 - 31 / 08 / 2018
Koçaryan erkən seçkilərdə iştirakı barədə

Ermənistanın ikinci prezidenti Robert Koçaryan erkən parlament seçkilərinə qatılmaq niyyətindədir.

1news.az xəbər verir ki, bu barədə Koçaryan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

"Əgər mən siyasətə qayıtdığımı bəyan etmişəmsə, deməli, seçkilərə də qatılacam”, sabiq prezident bildirib. 

O, siyasətə hansı formatda qayıdacağı barədə danışmayıb və bildirib ki, bunu müzakirə etmək üçün kifayət qədər vaxt yoxdur: “Situasiya çox sürətlə inkişaf edir. Düşünürəm ki, indi format məsələsini bir kənara qoymaq lazımdır”.

Koçaryan Ermənistan vətəndaşlarına populizm, şüarlar və emosional çıxışların lazım olmadığını deyib. Eks-prezident gələcəkdə siyasi mübarizədə Respublika Partiyası və Çiçəklənən Ermənistan Partiyası ilə birgə əməkdaşlığı da istisna etmir.

P.Sultanova

Paylaş:
712

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər