Erməni deputatların müraciəti: Fəlakətin astanasındayıq | 1news.az | Xəbərlər
Ermənistan

Erməni deputatların müraciəti: Fəlakətin astanasındayıq

10:43 - 31 / 08 / 2018
Erməni deputatların müraciəti: Fəlakətin astanasındayıq

Ermənistan Parlamentinin bir qrup deputatı baş nazir Nikol Paşinyan və onun ətrafının “fəaliyyəti” ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə erməni deputatların müraciəti aravot.am-da dərc edilib:

“Nikol Paşinyanın hakimiyyətə gəlişindən 100 gün sonra Ermənistanın xarici siyasəti ciddi şəkildə pozulub, prioritetlərimiz arasında qarışıqlıq hökm sürür. Baş nazir tərəfindən cəsarətli, sərt bəyanatların səsləndirilməsi hesabına 1 nömrəli hərbi-siyasi müttəfiqimiz  Rusiya ilə münasibətlər gərginləşib və bu prosesin sonu görünmür.

Avropa istiqamətində hər hansı bir aadım və ölkəmizə yardımla bağlı yardımçı proqramlarla bağlı təşəbbüslər də yoxdur.  Eləcə də Amerika tərəfdən də hər hansı investisiya yatırımları yoxdur. Əvəzində ABŞ-dan Amulsar ətrafında hadisələrin gərginləşməsilə bağlı siqnal var”.

Deputatlar bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyanın bəyanatları dolaşıq və məsuliyyətsizdir, siyasi nöqteyi-nəzərdən isə fəlakətlidir:

“Belə çıxır ki, Ermənistan 100 gün ərzində yeni müttəfiqlər qazanmayaraq, köhnələrdən uzaqlaşdı.

Müharibə şəraiti olmasa da, hərbi qulluqçularımız – istər zabit, istərsə də generallara qarşı açılmış cinayət işlərindən dolayı nüfuzdan salınıb. Şanlı ordunun tərkibi ilə bağlı ictimai çıxışların heç bir əhəmiyyəti yoxdur. Çünki həmin tərkib cinayət işlərinə görə ya müqqəssir, ya da şahid qismində “teleulduzlara” çevrilib. Hansı məsuliyyət və dərrakəyə sahib olmaq olar ki, düşünəndə ki, bu cür zabit və generallar qəfil müharibə başlayarsa ordumuza komandanlıq edəcək”.

Erməni deputatların fikrincə, silah təchizatı məsələsində Rusiya ilə problemlər qaçılmazdır. Çünki bu təəssüratı erməni silahlı qüvvələrinin başında dayananların qeyri-ciddi addımları yaradır.

Bu cür sürətlə müəyyən müddət sonra fəlakət qaçılmazdır.  Həmçinin bir neçə ay müddətində “şişirdilmiş” iqtisadi artım da saxta şəkildə inkişaf edəcək. İnsanlar anlamayacaq ki, işsizliyin səviyyəsi azaldığı, iqtisadi artım müşahidə olduğu halda masadakı ərzaqlar niyə azalır?! Bir məqam gələcək ki, bunları əhaliyə izah etmək lazım olacaq”.

“Bütün bu müddətdə erməni Apostol kilsəsinə qarşı düşünülmüş və sistemləşdirilmiş hücumların şahidi oluruq. Kütləvi informasiya vasitələri, xüsusislə də sosial şəbəkələr hədəfə alınıb. Sosial şəbəkələrdə ksenofobiya, nifrət, təhqir və düşmənçiliklə bağlı təbliğatlar aparılır. Lakin siyasi dariələr buna heç bir məhəl qoymur”.

“Cənablar, yeni ayrıseçkiliklər yaratmayın! İndiyə qədər etdiyini hər bir işi təxirə salın. Özünüzü hökumət kimi aparın. Hər kəs üçün lider olmaq üçün fəlakətdən qaçış ümidi bəxş edin”, - deyə erməni deputatlar sonda müracitərlərində bildirib.

Tərcümə: S.Xankişiyeva

MTX-nın gizli agenti Paşinyan ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir – FOTO

 

Paylaş:
1380

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər