Rasim Musabəyov: Paşinyanın komandası əldən-ayaqdan getsə də, Moskva üçün heç bir etimad doğrultmur | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Paşinyanın komandası əldən-ayaqdan getsə də, Moskva üçün heç bir etimad doğrultmur

12:15 - 31 / 08 / 2018
Rasim Musabəyov: Paşinyanın komandası əldən-ayaqdan getsə də, Moskva üçün heç bir etimad doğrultmur

Son zamanlar Rusiya-Ermənistan münasibətləri qeyri-müəyyən dövrünü yaşayır. Bunun səbəbi – ölkənin baş naziri Nikol Paşinyanın Rusiya maraqlarına əks təsir göstərən siyasətidir.

Buna misal olaraq Rusiyanın hərbi bloku KTMT-nin vacib şəxsi Yuri Xaçaturova qarşı cinayət işinin açılması, antirusiya şüarları, Rusiyanın Gümrüdəki hərbi bazasından narazılıqları, Panik kəndində rus hərbçilərlə bağlı insidenti və eks-prezident Robert Koçaryanın həbsini göstərmək olar.

Hadisələrin bu fonunda politoloq, Milli Məclisini deputatı Rasim Musabəyovla birlikdə söhbət etdik:

- Ermənistandakı antirusiya vəziyyətini nəzərə alsaq hesab edirsiniz ki, Ruisya Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək?

- Düşünürəm ki, birini digərilə qarışdırmaq lazım deyil. Ermənistanda baş verən hadisələlərdən – KTMT-nin baş katibi Yuriy Xaçaturov və sabiq prezident Robert Koçaryanın həbsindən asılı olmayaraq, Rusiya hər zaman Azərbaycanla münasibətlərin möhkəmlənməsinə maraq göstərib.

Rusiya hər zaman Azərbaycanla münasibətlərin möhkəmlnməsinə maraq göstərsə də, Azərbaycan heç vaxt ondan üz çevirməyib. Lakin bu münabətlər Ruisya və Ermənistan arasında eynilik təşkil edə bilməz.

- Ermənistan Rusiyanın köməyi olmadan mövcud ola bilər?

- Xeyr, mövcud ola bilməz. Bu, fiziki baxımdam mümkün deyil. Bu gün Rusiyada 2,5 milyon erməni yaşayır. Və onlar Ermənistanın bu cür asanlıqla üz döndərməsinə imkan verməyəcək. Paşinyan çox yaxşı anlayır ki, Ruisya hazırda çətin iqtisadi sanksiyalar şəraitindədir.

Paşinyanın bütün komandası Qərb dövlətlərinin əlindən qidalanıblar. Aydındır ki, onlar Ermənistanı Gürcüstan və ya Ukrayna ssenarisinə uyğun dəyişmək istəyirlər. Lakin anlayırlar ki bu, mümkünsüzdür.

Onlar bunu anlasa da, istəyirlər həm Rusiyadan qidalanasınlar, həm də Qərbdən maliyyə yardımı alsınlar. Eləcə də zaman-zaman Rusiyaya onların kreditini bağışlaması üçün yaltaqlanırlar.

Paşinyanın komandası əldən-ayaqdan getsə də, Moskva üçün heç bir etimad doğrultmur.

- Rober Koçaryan Rusiyanın NTV kanalına müsahibə verib. Burada o, siyasi ambisiyalarını dilə gətirib. Bu, onun şəxsi layihəsidir yoxsa Paşinyana mane olmaq üçün Moskvanın layihəsidir?

- Düşünürəm ki, bu Robert Koçaryanın şəxsi təşəbbüsüdür. Çünki o, heç vaxt öz ambisiyalarını gizlətməyib. Koçaryan deyib ki, karyerasını bitirmək üçün hələ çox gəncdir.

O, inadkar olsa da, onun mənfi reytinqi var. Yəni Ermənistanda onun tərəfdaşlarından daha çox, Koçaryanı gözü götürməyən insanlar çoxluq təşkil edir. O, parlamentin hesabına baş nazir kreslosuna çxaraq ənənəvi güc tətbiq etmə üsulu vasitəsilə Ermənistanı özünə tabe edə bilər. Düşünürəm ki, Rusiyanın digər namizədləri də var.

- Rusiyanın Ermənistana təzyiq göstərməsi üçün hansı nöqtələri var?

- Nümunə üçün, Ermənistana ikinci hərbi kredit verilməyəcək. Ermənistanda çox mürəkkəb və çətin vəziyyət yaranır. Paşinyanın hakimiyyətinin 100 günü ərzində Mərkəzi Bankın ehtiyatları 10% azalıb. Bu rəqəm Ermənistan üçün əhəmiyyətli göstəricidir.

Ermənistanda fəaliyyət göstərən “Rusal Armenal” şirkəti Rusiya sanksiyalarına düşmüş oliqarx Oleq Deripaskaya məxsusdur. Şirkət öz məhsulunu əsasən ABŞ-dan gətirirdi. Hazırda zavod bağlıdır, işçilər isə məzuniyyətə göndərilib.

Ermənilər həmçinin almanlardan da pul istədi. Lakin Erməsitanın hazırki vəziyyəti – sərhədlərin bağlı olması, heç bir bazara çıxışının olmaması, hər zaman müharihə başlanma ehtimalı nəzərə alınarsa bu, mümkünsüzdür.

Beləliklə, bir çox faktlar Ermənistana təzyiq göstərə bilər. Onların Moskva qarşısında əl açmaqdan başqa digər variantı yoxdur.

MTX-nın gizli agenti Paşinyan ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir – FOTO

Erməni deputatların müraciəti: Fəlakətin astanasındayıq

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1015

Son xəbərlər

Bütün xəbərlər