Dənizi üzərək keçən suriyalı qız saxlanıldı – FOTO
Türkiyədən Yunanıstana qaçarkən Egey dənizindən üzərək keçən və bununla da dünya mediasının diqqət mərkəzinə düşən suriyalı üzgüçü Sarah Mardini Yunanıstanda saxlanılıb.
1news.az-ın Hürriyət-ə istinadən verdiyi xəbərə görə, 23 yaşlı Sarah miqrantlara qanunsuz formada yardım etməkdə günahlandırılır. Onunla birlikdə İrlandiyadan olan Sean Binder adlı şəxs də saxlanılıb.
Sarah Mardini ona qarşı elan edilən ittihamları rədd edib. Onun vəkili Haris Petsikos isə miqrantlara yardımın kriminallaşdırılmasına çalışıldığını söyləyib.
Qeyd edək ki, Sarah Mardini 2015-ci ildə qayıqları batdığına görə qardaşı Yusra Mardini ilə birlikdə Egey dənizini üzərək Yunanıstana keçmişdi.
1news.az
2174