Dünya ulduzu türk qəssabın restoranından şikayət edib
Amerikalı müğənni Castin Timberleyk “Saltbae” hərəkəti ilə dünyada populyarlaşan türk qəssab Nüsrət Gökçenin restoranından şikayət edib.
1news.az-ın türk mətbuatına istinadən xəbər verir ki, amerikalı ifaçı Nüsrətin Nyu-Yorkda məşhurların axın etdiyi ət restoranına gedib.
İddiaya görə, ulduz hesabı görüncə şoka düşüb. C.Timberleyk pulu qəpiyinə qədər ödəsə də, restorandan şikayət edib. Ulduz bildirib ki, hesab həddən artıq gəlib.
Bu xəbər Amerikadakı bəzi internet saytlarında yer alıb.
S.Xankişiyeva
Cazibədar türk aşpaz Nyu-Yorkun ən “qaynar” subayları siyahısında – FOTO
1644