Bir qətlin təfərrüatı: polis olan ərinə hərbçi ilə xəyanət edirmiş – VİDEO
İstanbulun Çekmeköy rayonunda küçə ortasında hərbçi ilə polis məmuru arasında baş verən silahlı qarşıdurmanın arxasından xəyanət çıxıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, dünən səhər saat 07:30 radələrində baş verən silahlı insident nəticəsində polis həyatını itirib, mərhumun arvadı və hərbçi isə yaralanıb. Olayın səbəbi isə təhlükəsizlik əməkdaşlarının araşdırması nəticəsində üzə çıxıb.
Məlum olub ki, səhər həyat yoldaşı Deniz A. ilə birlikdə evdən çıxan polis məmuru Süleyman A. küçədə dayanan hərbiçi Aslan S. ilə qarşılaşıb.
Burada polis məmuru ilə hərbçi arasında mübahisə düşüb. Bu məqamda avtomobildə gözləyən polis məmurunun arvadı Deniz A. onalara yaxınlaşıb. Böyüyən mübahisə silahlı insidentlə nəticələnib.
Polisin əldə etdiyi məlumatlara görə, hadisə xəyanət səbəbindən baş verib. İddialara görə, polisin arvadı ərinə hərbçi ilə xəyanət edirmiş. Qanlı olay da bu səbəbdən baş verib.
1news.az