Qarabağda daha bir erməni əsgər ölüb | 1news.az | Xəbərlər
Siyasət

Qarabağda daha bir erməni əsgər ölüb

09:26 - 04 / 09 / 2018
Qarabağda daha bir erməni əsgər ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yol qəzası zamanı daha bir erməni əsgər ölüb.

1news.az news.am-a istinadla xəbər verir ki, hadisə sentyabrın 3-də 14:45 radələrində baş verib.

Qəza zamanı 1990-cı il təvəllüdlü Vazqen Xaçatryan həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 2-də Qarabağda 1996-cı il təvəllüdlü erməni əsgər Vanik Qevorkyan da hləak olub, onun ölüm səbəbi kimi ilkin olaraq intihar versiyası irəli sürülüb.

P.Sultanova

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər