"Haqqani şəbəkəsi" terror qrupunun lideri ölüb
Əfqanıstanda fəaliyyət göstərən "Haqqani şəbəkəsi" terror qruplaşmasının lideri Calaluddin Haqqani uzun sürən xəstəlikdən sonra ölüb.
1news.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
“Haqqani şəbəkəsi" “Taliban” qruplaşmasının müttəfiqidir. C.Haqqanin oğlu Sirajuddin Haqqani hazırda bu şəbəkəyə rəhbrlik edir. O, eyni zamanda "Taliban"ın liderinin müavinidir.
Onun ölümü ilə bağlı “Taliban”ın açıqlamasında deyilir ki, “Cəlaləddin dövrün ən ən böyük və görkəmli cihad şəxsiyyətlərindən idi”.
C.Haqqani 1980-ci illərdə ABŞ və Pakistanın köməyi ilə Sovet işğalı ilə mübarizə aparan Əfqanıstan mücahidləri komandiri idi. O, “Taliban” rejimi zamanı nazir olub.
"Haqqani şəbəkəsi" ən təhlükəli və qorxulu əfqan terror təşkilatlarından biri sayılır. Əvvəllər qrup liderinin ölümünə dair bir neçə dəfə məlumatlar yayılıb, lakin hərəkatın rəhbərliyi bunu təkzib edirdi.
P.Sultanova