Bakı və Moskva: Açıq və etibarlı dialoq | 1news.az | Xəbərlər
Siyasət

Bakı və Moskva: Açıq və etibarlı dialoq

12:06 - 04 / 09 / 2018
Bakı və Moskva: Açıq və etibarlı dialoq

Payızın ilk günü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açdı.

Ötən həftə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında görüşü olub. Görüş zamanı nümayəndə heyətinin üzvlərinin iştirakı ilə ən azı 16 müqavilə, protokol və yol xəritələri imzalanıb, eləcə də ətraflı danışıqlar aparılıb.

Danışıqların ab-havası, əldə olunmuş razılaşmalar bir daha nümayiş etdirir ki, Azərbaycan kimi tərəfdaşdan imtina edilməz. Xüsusilə beynəlxalq gərginlik Rusiyanı hər bir müttəfiqi qiymətləndirməyə məcbur etdiyi bir dövrdə. Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın ən səmimi müttəfiqdir.

Bu, Azərbaycan və Rusiya prezidentlərinin yay ərzində üçüncü görüşüdür. Liderlər iyunda, prezident İlham Əliyevin Moskvada futbol üzrə dünya çempionatının açılışı zamanı və avqustda Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında görüşüblər.

V.Putin azərbaycanlı həmkarı ilə hazırki danışıqları konstruktiv adlandıraraq vurğulayıb ki, Rusiya və Azərbaycanı şəffaf dostluq və əməkdaşlıq ənənələri birləşdirir.

“Görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq”.  

V.Putin əmindir ki, bu danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib.

İmzalanmış sənədlər hər iki ölkə prezidentlərinin qarşıya qoyduqları iddialı məqsədlərdən bəhs edir.

Bununla əlaqədar olaraq 2024-cü ilə qədər Əməkdaşlıq Proqramı, Fəaliyyətlər Planı və Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üzrə bütün istiqamətlərlə bağlı “Yol xəritəsi”ni xüsusi qeyd etmək olar. Hər iki sənəd Azərbaycan-Rusiya münasibətlərinin yeni müstəviyə keçməsinin bariz göstəricidir:

- “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” bloku və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənəcək. Saziş”

- “QAZ” qrupu Azərbaycanda kommersiya avtomobillərinin istehsalına başlayacaq.

- Rusiya və Azərbaycan kiçik və orta sahibkarlığı birləşdirərək əməkdaşlığı genişləndirəcək.

- Rusiya ixrac mərkəzi “Qazprombank”ın vasitəsilə Rusiya məhsullarının Azərbaycana ixracatını artıracaq; həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də bu sazişin tərəfdaşıdır.

- Gömrük xidmətləri də hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol imzalayaraq xüsusi mallarla bağlı nəzarət qaydasını təyin edib.

- Həmçinin turist mübadiləsilə bağlı tədbirlərin aktivləşdirilməsi razılaşdırılıb.

Yuxarıda sadalananlardan belə bir nəticə çıxarmaq olar – iqtisadi nöqteyi-nəzərdən Rusiyaya Azərbaycan sözsüz ki, maraqlıdır. Çünki Azərbaycan – stabil siyasi rejimə, müəyyən iqtisadi potensiala, razılaşma və ödəmə imkanına sahib tərəfdaşdır.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Soçidə keçirilən danışıqlardan məmnunluğunu ifadə edərək vurğulayıb ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələri bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir:

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik.

Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”, – deyə dövlət başçımız İlham Əliyev qeyd edib.

İlham Əliyev qeyd edib ki, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır:

“Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik”.

Azərbaycan Prezidenti qeyd edib ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur:

“Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub:

“Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”.

İndi Bakı münaqişənin nizamlanması məsələsində Rusiyadan qərarlı addımlar gözləyir.

Əgər indi Rusiya Nikol Paşinyanı probelmin həlli üçün danışıqlar masasına əyləşdirərsə, o zaman prosesin sülh yolu ilə həlli tezləşər. Çünki yalnız Moskva Ermənistana təsir edərək onu “dilə tuta” bilər.

Yüksəksəviyyəli keçirilən danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılıb.

Azərbaycan Prezindenti bildirib ki, Soçidə biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik.

“Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, son illər ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yüksək artım müşhidə olunub:

“2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir.

Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir.

“KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir.

Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”.

Aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar hər iki ölkə başçılarının münasibətləri inkişaf etdirmək, ölkələrdəki bütün istiqamətlərdə əməkdaşlığı genişləndirmə niyyətinin göstəricisidir.  

Azərbaycan Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında etibarın yüksəldilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Burada da Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirməklə Moskva Yerevana – Ermənistan regionda yeganə tərəfdaş olmadığını bildirən ismarış göndərdiyini qeyd etmək yerinə düşər.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər