Rusiya Ermənistanın sabiq müdafiə naziri barədə axtarışları ləğv edib | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya Ermənistanın sabiq müdafiə naziri barədə axtarışları ləğv edib

10:48 - 07 / 09 / 2018
Rusiya Ermənistanın sabiq müdafiə naziri barədə axtarışları ləğv edib

Rusiya Ermənistanın sabiq müdafiə naziri Mikael Harutyunyan barədə axtarışları ləğv edib.

1news.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Məlumata görə, 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələrlə əlaqədar olaraq Harutyunyanla bağlı materiallar öyrənilib və onun Rusiya ərazisində axtarışını ləğv etmək barədə qərar verilib.

"Beləliklə, Rusiyada "rüsvayedici general təhlükədə deyil".  Lakin Harutyunyan digər MDB ölkələrinə getsə, o, həbs olunaraq Ermənistana təhvil verilə bilər", agentlik yazıb.

Qeyd edək ki, sabiq müdafiə naziri barədə MDB dövlətlərarası axtarış elan edilib.

P.Sultanova

Paylaş:
864

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər