Paşinyanın arvadı Parisdə etdiyi şoppinq barədə - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan başdan ayağa silahlanmış mühafizəçilərin müşayəti ilə Parisdə şoppinq etməsi barədə mətbuatda yazılanlara münasibət bildirib.
1news.az xəbər verir ki, Akobyan Facebook səhifəsində foto paylaşaraq bunları yazıb:
"Dünən qəzetlərdən biri mənim Parisdə alış-veriş etməyim barədə material dərc edib. Bu material demək olar ki, bütün erməni saytlarında verilib və hətta günün ən çox oxunan xəbərinə çevrilib. Bu, cəmiyyətin həqiqətən də mənim Parisdə etdiyim alış-verişə marağın olduğunu göstərir.
Bununla bağlı suallar qalmasın deyə, mən Parisdə nə adığımı məmuniyyətlə təqdim edirəm. Yeri gəlmişkən, Parisə getdiyimdə mənim 300 avro pulum olub, onun 100 avrosunu xərcləmişəm.
Məryəm, Şuşan və Arpi üçün hədiyyələr aldım. Məryəm üçün idman ayaqqabısı, Şuşan üçün çanta, qalan hər şey isə Arpi üçündür.
Şuşan və Arpi üçün hədiyyələrin xərcini Ermənistanın Fransadakı səfiri tərəfindən ödənilib. Beləliklə, mən Parisdən bir cüt idman ayaqqabısı aldım. Bu qədər".
Akobyanın sözlərinə görə, Parisdə alış-veriş zamanı onu səfir, diplomatik korpusun sürücüsü və onunla birlikdə olan təhlükəsizlik xidmətinin işçiləri müşayət edib.
1news.az