BANM-da xanım tələbələrin sayı artır – STATİSTİKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-da xanım tələbələrin sayı artır – STATİSTİKA

10:11 - 12 / 09 / 2018
BANM-da xanım tələbələrin sayı artır – STATİSTİKA

Bakı Ali Neft Məktəbinin (BANM) hazırladığı mühəndislər arasında xanımların sayı get gedə artır.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin fəaliyyətə başladığı 2012-ci ildə BANM-a 30 nəfər xanım tələbə daxil olmuşdusa, 2018-ci ilin qəbul imtahanlarından sonra bu say 57 olub.

Cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də ingilis dilli və standartlara cavab verəcək mühəndislər hazırlamağa başlayan Ali Məktəb, yeni ixtisasa da xanımlarım marağını çəkə bilib. Belə ki, bu il  ilk dəfə tədris olunacağına baxmayaraq “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris alacaq 24 tələbənin 10 nəfəri xanımdır. Bu il BANM-da tədris alacaq 3 nəfər 700 ballı xanım tələbənin 2-si – Əsra Bayramova və Şəkər Qədirlinin də seçimi elə bu ixtisas olub.

Bu il BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına 12, “Kimya mühəndisliyi” ixtisasına 20, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına isə 15 nəfər xanım tələbə daxil olub.

“Biz sevinirik ki, BANM olaraq xanımlarda mühəndisliyə sevgi yarada bilmişirik. BANM-ı bitirən xanım mühəndislərin hər birinin uğuru göz qabağındadır. Əminəm ki, məzunlarımızın BANM-ı bitirdikdən sonra karyeralarında əldə etdiyi uğurlar abituriyentlərin seçiminə öz təsirini etmiş olur” – deyə BANM-ın rektoru Elmar Qasımov bildirib.

S.Xankişiyeva

 

 

Paylaş:
444

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər