İsveçin əyalət şurasına üzv seçilən Aydan Kərimlidən xəbər var

Xəbər verdiyimiz kimi, İsveç Krallığının Riqsdaqına və yerli şəhər şuralarına sentyabrın 9-da keçirilən seçkilərin ilkin nəticələri bəlli olub.
Azərbaycan əsilli Aylin Fəzilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib. Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Hötaland əyalət şurasına üzv seçilib.
Qeyd edək ki, hər iki soydaşımız Güney Azərbaycan Demokrat Partiyasının sədri, İsveçdə mühacir həyatı yaşayan güneyli siyasətçi Mahmud Bilginin qızlarıdırlar.
İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi və ilk dəfədir ki, azərbaycanlı qadın Avropa ölkəsində millət vəkili seçilir. Hazırda İsveçdə hələ ki, hakimiyyətdə kimin olacağı bəlli deyil.
Aydan Kərimli Realtv.az-a müsahibə verərək qazandıqları uğurdan danışıb. Uzun zamandır İsveçdə ictimai-siyasi fəaliyyətlə məşğul olduqlarını deyən A.Kərimli qadınların hüquqları uğrunda fəal mübarizə apardıqlarını da bildirib.
Mövzu ilə əlaqədar:
Azərbaycanlı bacılar İsveçdə millət vəkili seçildilər
1news.az