Hamilə model podiumda çətin anlar yaşadı - FOTO
Nyu Yorkda keçirilən moda nümayişi zamanı podiuma çıxan 22 yaşlı hamilə model Slik Vudsun sancıları başlayıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, şounun əsas modelləri Bella və Gigi Hadid olub, hamiləliyinin son ayında olan Slik isə defilədə iştirak edib.
Özünü yaxşı hiss etməyən model bunu büruzə verməməyə çalışıb və sona kimi dözüb. Nümayiş bitən kimi onu təcili yardımla xəstəxanaya çatdırıblar. Onun oğlu dünyaya gəlib və adını Sapfir qoyub.
1news.az
1189