Əylənmək üçün otelə çağırtdığı qadın arvadı çıxdı
Avstraliyada ailə şoku yaşanıb.
1news.az-ın Xeberoxu.az-a istinadən verdiyi xəbərə görə, təyyarəyə gecikdiyi üçün oteldə dostları ilə qalıb əylənmək qərarına gələn şəxs internetdə eskort saytlarının birindən fahişələr kiralayıb. Avstraliyanın Pert şəhərində Peter Anderson adlı şəxs əylənmək üçün otelə çağırdığı qadının həyat yoldaşı olduğunu görərək özünü itirib.
Otelə gələn qadınlar arasında həyat yoldaşını görəndən sonra hər iki tərəf şoka düşüb.
Hadisənin şokuyla qorxuya düşən Peter əvvəlcə əsəbiləşib dava salıb, amma sonra isə bütün gecəni oteldə keçirən cütlüyün sonrakı hərəkəti daha qəribə olub.
Belə ki, sonda boşanmamaq qərarı verən cütlük həmin eskort firmasından təzminat almağa çalışıb. Buna səbəb kimi fahişə olaraq göndərdikləri həyat yoldaşının onun istədiyi fahişə kriteriyalarına uymadığını dilə gətirib.
1news.az