Hikmət Hacıyevə Prezident Administrasiyasında vəzifə verildi | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyevə Prezident Administrasiyasında vəzifə verildi

09:25 - 18 / 09 / 2018
Hikmət Hacıyevə Prezident Administrasiyasında vəzifə verildi

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

1news.az xəbər verir ki, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, həmçinin Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir.

Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Küveytdəki və Misirdəki səfirliklərində çalışıb. Həmçinin, Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin 2-ci katibi vəzifəsini tutub.

 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

1news.az

Paylaş:
2008

Son xəbərlər

Bütün xəbərlər