Suriyada Rusiya təyyarəsi səhvən vurulub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Suriyada Rusiya təyyarəsi səhvən vurulub - YENİLƏNİB

13:05 - 18 / 09 / 2018
Suriyada Rusiya təyyarəsi səhvən vurulub - YENİLƏNİB

Sentyabrın 17-də, Moskva vaxtı ilə təxminən 23:00-da Aralıq dənizinin sahillərindən 35 kilometr uzaqlıqdakı Hmeyni aviabazasına qayıtmaqda olan Rusiyanın İl-20 təyyarəsi ilə əlaqə kəsilib.

1news.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, bu vaxt dörd İsrail F-16 qırıcısı Latakiya şəhərində Suriya hədəflərinə hücum edib. Rusiya təyyarəsinin arxasında olan İsrail pilotları onu Suriya hava müdafiə qüvvələrinin zərbələrinə məruz qoyub. İl-20  S-200 raketi ilə vurulub. Nəticədə on beş rus hərbçisi həlak olub.

P.Sultanova

12:45

Suriyada Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi vurulub.

1news.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. Təyyarədə 15 hərbçi olub. Onların həlak olduğu deyilir.

Qeyd olunur ki, gecə saatlarında təyyarə radarlardan itib. Daha sonra məlum olub ki, İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vuru

1news.az

 

 

Paylaş:
936

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər