“Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü...” – FOTO | 1news.az | Xəbərlər
Dünya

“Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü...” – FOTO

13:20 - 19 / 09 / 2018
“Atam bakirəliyimi yoxlatdı, sonra dedi ki, ya ölümü...” – FOTO

London sakini, 18 yaşlı Safiyə Eydani belə deyir.

1news.az-ın məlumatına görə, Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londondakı Kinqston Kral Məhkəməsində (Kingston Crown Court) Safiyənin şikayəti əsasında məhkəmə prosesi başlanıb. O, atası, 56 yaşlı Əli Səfərini və anası, 42 yaşlı Mitra Eydanini məhkəməyə verib.

Onun dediyinə görə, valideynlərinin sərt və amansız təzyiqi ilə qarşılaşması ilə bahəm, ölüm təhdidi ilə üzləşib.

Safiyə şikayətində bildirib ki, anası onu dişləyib, atası isə bıçaqla başını kəsmək istəyib.

Londonun cənubunda yaşayan Safiyə "azad, Qərb həyatı" yaşamaq istəyir. 18 yaşlı qızın 18 yaşlı Beyli Marşal-Tefler adlı sevgilisi də var.

Hər şey də Əli Səfərinin işdən evə qayıdanda qızını qonaq otağında Beyli ilə görməsindən sonra başlayıb.

"Atam qışqırdı, söydü, Beylini qovdu. Sonra məni vurub yerə yıxdı, qaçıb mətbəxdən bıçaq götürdü ki, əxlaqsız olduğum üçün başımı kəsəcək. Qaçıb qonşuya getdim. Arxamca anam gəldi, məni dartaraq zorla evə apardı. Orada məni döydülər", - Safiyə deyib.

Bir neçə saat sonra isə valideynləri Safiyənin bakirəliyinə əmin olmaq üçün onu həkimə aparıblar.

Həkim Coan Elison faktı təsdiqləyib.

Əli Səfəri məhkəmədə deyib: "Britaniyada yaşasaq da, iranlıyıq, öz adət və ənənələrimiz var. Qızımızın azadlığı, insan haqlarını başıpozuqluq kimi anlamasına qarşıyam".

Onun sözlərinə görə, qızını İrana, nənəsinin yanına yollamaq və orada da Safiyəni əmisi oğluna ərə vermək niyyətində olub.

"Qızımı öldürmək istəməmişəm və mətbəx bıçağı ilə onun başını kəsmək fikrində olmağımla bağlı deyilənlər yalandır", - Əli Səfəri deyib.

18 yaşlı Marşall Tefler isə məhkəmədə verdiyi ifadəsində bildirir ki, Əli Səfəri onu evinin qonaq otağında görəndə hirslənib və hədələyib: "Mənə dedi ki, rədd olum, gedim və bir daha Safiyəyə yaxınlaşmayım. Əks halda çox pis olacaq".

Proses davam edir.

1news.az

Paylaş:
24143

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər