Məşhur modeldən etiraf: Sellülitim var - FOTO
Məşhur rusiyalı model İrina Şeyk sellülitinin olduğunu, yeməkləri çox sevdiyini etiraf edib.
1news.az xəbər verir ki, 32 yaşlı model xarici mediaya müsahibəsində sadəliyi, rahat paltarlar geyinməyi xoşladığını deyib.
“Mən səhər yuxudan “ay Allahım, nə qədər gözələm" sözləri ilə oyanmıram. Adi bir insanam və sellülitim var. Çalşdığım agent məni sadə görkəmdə, makiyajsız, kabuloksuz ayaqqabıda görəndə deyir ki, “İrina, bu düzgün deyil. Mən isə ona cavab verirəm ki, mən olduğum kimiyəm.
Model istifadə etdiyi alt paltarlarından da danışıb. Onun sözlərinə görə, ən yaxşı alt paltarı uzun müddət istifadə oluna bilən praktiki alt paltarlarıdır:
“Mən rusiyalıyam, boş yerə pul sərf etməyi sevmirəm. Bir neçə həftə içində atacağım heç bir əşyanı almıram”.
O, yeməkləri sevdiyini, ürəyi istəyəni yediyini deyib. Sonra isə ciddi şəkildə idmanla məşğul olur.