Elmar Məmmədyarov ABŞ-a gedib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov ABŞ-a gedib

11:10 - 21 / 09 / 2018
Elmar Məmmədyarov ABŞ-a gedib

Xarici işlər  naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti  BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər