Moldova prezidenti vəzifəsindən uzaqlaşdırıldı | 1news.az | Xəbərlər
Dünya

Moldova prezidenti vəzifəsindən uzaqlaşdırıldı

15:43 - 24 / 09 / 2018
Moldova prezidenti vəzifəsindən uzaqlaşdırıldı

Moldova Konstitusiya Məhkəməsi prezident İqor Dodonun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı qərar qəbul edib.

Bu, onun yeni nazirləri təsdiqləməkdən imtina etməsindən sonra baş verib.

Məhkəmə qərar verib ki, parlament sədri və ya baş nazir prezident İqro Dodonun əvəzinə hökumətin iki üzvünü təyin edə bilər.

Sentyabrda baş nazir Pavel Filip Dodona iki naziri təyin etməyi təklif edib. Lakin Dodon bu namizədlərə qarşı olub.

Dodon üç dəfə vəzifəsindən uzaqlaşdırılıb. İki dəfə bu, nazirlərin təsdiq edilməsilə – 2017-ci ilin oktyabrı və 2018-ci ilin yanvarında olub.  

Moldova prezidenti ilə hökuməti arasında qarşıdurma neçə ildir ki, davam edir. Mübahisənin əsas mövzudu xarici siyasətdir: prezident Rusiya ilə birləşmək istəsə də, parlamentin böyük hissəsi və onun təyin etdiyi hökumət Qərbə meyillilik göstərir.

S.Xankişiyeva

 

Paylaş:
631

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər