Paşinyanın bloku Yerevan meri vəzifəsinə seçkilərdə qalib gəlib
Yerevan şəhər şurasına keçirilən seçkilərdə baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” seçki bloku qalib gəlib.
1news.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komitəsinin məlumatında deyilir.
“Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin(294109) səsini toplayıb. İkinci yerdə 6,95 faizlə (25219 səs) Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasıdır.
Üçüncü yerdə isə 4,99 faizlə (18112) “İşıq” alyansı qərərlaşıb.
Qeyd edək ki, Yerevanda seçicilərin sayı 848 343 nəfərdir, seçkilərdə onların 370 323 min nəfəri (43,65 %) iştirak edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının İdarə Heyətinin iclasında aktyor Hayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyi irəli sürmüşdü.
Xatırladaq ki, Paşinyan və Marutyan arasında dostluq münasibətləri var. Paşinyan baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfər edərkən Marutyan helikopterdə onu müşayət edib.
İyulun 9-da İrəvan meri Taron Marqaryan istefa verib.
P.Sultanova