Bu ölkədə qadınlar üçün daha bir ilkə imza atıldı | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə qadınlar üçün daha bir ilkə imza atıldı

11:18 - 24 / 09 / 2018
Bu ölkədə qadınlar üçün daha bir ilkə imza atıldı

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq dövlət televiziyasında xəbərlərin axşam buraxılışı xanım aparıcının təqdimatında olub.

1news.az xarici mətbuata istinadla xəbər verir ki,  ilk xanlm aparıcı Viam əl- Dakhil kişi həmkarı Ömər əl-Naşvanla birgə ekranda görünüb.

Cumana aş-Şami adlı xanım 2016-ci ildə  səhər xəbərlərinin ilk aparıcısı olaraq tarixə düşmüşdü. Birinci kanalın yaydığı açıqlamada axşam xəbərlərinin xanım aparacının təqdimatında yayımlanması kanal üçün tarixi hadisə adlandırılıb.

Viam təcrübəli televiziya jurnalistidir. O, CNBC Arabia kanalında jurnalist və Bəhreynin “Al-Arab” kanalında xəbər aparıcısı kimi çalışıb.

Xatırladaq ki, Səudiyyə Krallığının hakimiyyət orqanları qadınların hüquqlarının genişləndirilməsini ölkədə aparılan islahatların vacib hissə adlandırıb.

1news.az

 

Paylaş:
583

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər