Bu da oldu: mərhuma “iPhone” başdaşı qoyulub  – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu da oldu: mərhuma “iPhone” başdaşı qoyulub  – FOTO

09:48 - 26 / 09 / 2018
Bu da oldu: mərhuma “iPhone” başdaşı qoyulub  – FOTO

Rusiyada “iPhone” telefonunu çox sevən qıza “iPhone 6” model tipli başdaşı qoyulub.

28 yaşlı Rita Raisovnanın Ufadakı qeyri-adi qəbri hər kəsi təəccüblədirir. Qara qranitdən hazırlanan məzar daşının ekranında Ritanın şəkli, adı, təvəllüdü və öldüyü il yazılıb.

Başdaşının yan tərəfində səsgücləndirici, arxa paneldə kamera, “Apple” loqosu və markanın adı yer alıb.

Ölən qızın ailəsi haqda məlumat verilməsə də “iPhone” başdaşının 1800 dollara başa gəldiyi və Novosibirsk əyalətində hazırlandığı məlum olub.

S.Xankişiyeva

Paylaş:
13684

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər