Bakıya uçan təyyarədə bomba həyəcanı | 1news.az | Xəbərlər
Dünya

Bakıya uçan təyyarədə bomba həyəcanı

10:24 - 26 / 09 / 2018
Bakıya uçan təyyarədə bomba həyəcanı

Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçan təyyarədə həyəcanlı anlar yaşanıb.

1news.az  Rusiya mətbuatına istinadla xəbər verir ki, 51 yaşlı sərnişin stüardessadan onu təyyarənin biznes sinfi olan hisssəsinə keçirməyi tələb edib. Ekipajdan rədd cavabı aldıqdan sonra isə onda bomba olduğunu və təyyarəni partlatmaqla hədələyib.

Bundan sonra isə sərnişinlər təxliyə edilib və xüsusi təlim keçmiş itlərin vasitəsilə axtarış aparılıb. Lakin hər hansı partlayıcı maddə tapılmayıb. Novosibirsk-Bakı reysi gecikmə ilə uçuşa davam edib. 

Xuliqanlıq edən sərxoşa qarşı isə terror aktı barədə bilə-bilə yalan məlumat vermə maddəsi ilə cinayət işi açılıb. Onu 5 ilədək həbs gözləyir.

1news.az

 

Paylaş:
745

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər