4 uşağı olduğuna heç kim inanmır - FOTO
Aktyor Alek Baldvinin xanımı Hilaria Baldvin bədən quruluşu ilə görənləri şoka salır.
1news.az axşam.az xarici mediaya istinadən xəbər verir ki, ard-arda 4 uşaq dünyaya gətirən Hilariyanın ideal bədən quruluşu hər kəsi heyran edir.
Sonuncu dəfə mayda doğuş edən Baldvin cəmi bi neçə həftəyə əvvəlki formasına qayıdıb. 34 yaşlı Hilaria dərgilərdən birinə bunun sirrini açıqlayıb. O, hamiləlik dönəmində uzanmadığını, yorğun olsa da, daim iş başında olduğunu, digər 3 övladının qayğısına qaldığını və kökəlməməyə çalışdığını bildirib.
Hilarinin sözlərinə görə, ideal bədənə tez qovuşmağının başlıca sirri vücudunu hər zaman eşitməsi olub.
Qeyd edək ki, cütlüyün Romeo adlı oğlu 4 aylıq, Karmen 5 yaşında, Rafael 3 yaşında, Leonardo 2 yaşındadır.
1news.az