Elmar Məmmədyarov CTED-in rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov CTED-in rəhbəri ilə görüşüb

16:59 - 27 / 09 / 2018
Elmar Məmmədyarov CTED-in rəhbəri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov  Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının (CTED) rəhbəri Mişel Koninks ilə görüşüb. 

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  görüş zamanı CTED nümayəndə heyətinin cari ilin iyul ayında Bakıya səfərinə istinad edilərək, Azərbaycanın Terrorçuluğa qarşı Mübarizə Komitəsinin tövsiyələrinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi sahəsində CTED ilə əməkdaşlığı məmnunluqla vurğulanıb.

Tərəflər eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

1news.az

 

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər