Elmar Məmmədyarov: Qarabağ münaqişəsi üzrə danışıqlar gələn ay davam etdiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Qarabağ münaqişəsi üzrə danışıqlar gələn ay davam etdiriləcək

09:03 - 27 / 09 / 2018
Elmar Məmmədyarov: Qarabağ münaqişəsi üzrə danışıqlar gələn ay davam etdiriləcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar gələn ay, oktyabrda davam etdiriləcək.

1news.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün yekunlarını şərh edərkən bildirib.

E.Məmmədyarob deyib: "Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

P.Sultanova

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər