MDB dövlət başçılarının növbəti sammiti Aşqabadda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

MDB dövlət başçılarının növbəti sammiti Aşqabadda keçiriləcək

12:43 - 28 / 09 / 2018
MDB dövlət başçılarının növbəti sammiti Aşqabadda keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçirləcək.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev bildirib.

"Türkmənistan tərəfinin təklifi ilə MDB  Dövlət Başçıları Şurasının növbəti toplantısı gələn il 11 oktyabr tarixində Aşqabadda keçirilməsi qərara alınıb”, Lebedev deyib.

Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

P.Sultanova

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər