Şarl Aznavur öldü
Fransanın ən məşhur müğənnilərindən biri, erməni Şarl Aznavur 94 yaşında vəfat edib.
1news.az-ın məlumatına görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Yaponiya turnesindən yeni qayıdan Aznavur Fransanın cənubundakı Alpilles şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Aznavur mayın 22-də 1924-cü ildə Parisdə anadan olub. O, Avropadakı erməni diasporunun ən fəal üzvlərindən olub. Aznavur qondarma erməni soyqırımının əsas təbliğatçılarından biri olub. O, hətta Ermənistanın İsveçrədəki səfiri vəzifəsini də icra edib.
1news.az
864