16 yaşlı hamilə qadın tatuaj etdirdiyinə görə əlil olub – FOTO
Hamilə yeniyetmə tatuaj etdirdiyinə görə bətnindəki körpəsini itirib və ömürlük əlil arabasına məhkum olub.
1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Kolumbiyada 16 yaşlı hamilə qadın tatuaj etdirdiyinə görə bədəninə infeksiya düşüb.
Qızın sağ sinəsinə etdirdiyi döymə onun həyatını qaraldıb. Belə ki, o, həm körpəsini itirib, həm də onurğasını zədələyib.
Həkimlərin dediyinə görə, infeksiya onurğa sütununu zədələdiyinə görə Luisa Fernanda bir daha gəzə bilməyəcək.
O, infeksiyanın səbəb olduğu iltihabı əməliyyatla çıxartdırdıqdan sonra xeyli dərman atdığına görə kor bağırsağında da problem yaranıb və uşağını da itirib.
Həvəsi başına bəla olan qız bu barədə mətbuata məlumat verərək gəncləri tatuaj etdirərkən diqqətli olmağa çağırıb.
S.Xankişiyeva