Paşinyan istefaya gedir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan istefaya gedir

10:09 - 03 / 10 / 2018
Paşinyan istefaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin spikeri və qanunverici orqandakı fraksiyaların  nümayəndələri ilə görüşündə ölkədə siyasi böhran olduğunu deyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan vurğulayıb ki, bu böhranın aradan qaldırılması lazımdır:

“Bununla fraksiya təmsilçiləri razılaşdılar. Yaxın günlərdə mən baş nazir postundan istefa verməliyəm. Respublika, Daşnaksütyun, Tsarukyan fraksiyalarının vəziyyəti gərginləşdirməyəcəklərini gözləyirəm.

Onlar teorik olaraq öz namizədlərini irəli sürə və baş nazir seçə bilərlər. Ancaq başa düşməlidirlər ki, bu, yumşaq desək, mənfi bir reaksiyaya səbəb olacaq və  ağlabatan ssenari olmayacaqdır. Hesab edirəm ki, daha doğru olardı ki, mənim istefa tariximi göstərən bir sənəd imzalayaq və həmin müddət ərzində onlar öz namizədlərini irəli sürməsinlər, nəticədə dekabr ayında erkən seçkilər keçirilsin.

Onlar xalqın mesajını qəbul edirlər, buna hörmətlə yanaşırlar və bütün üç fraksiya baş nazir postuna namizəd irəli sürməyəcəklərini qeyd etdilər”.

P.Sultanova

 

Paylaş:
576

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər