Rusiyada azərbaycanlı iş adamı həbs edilib
Oktyabrın 2-də Novosibirsk rayon Mərkəzi Məhkəməsinin qətnaməsinə əsasən “Trevelers kofe” federal şəbəkəsinin şəriki Ənvər Piriyev 38 sutka müdədətinə həbs olunub.
1news.az-ın rus mətbuatına istinadla verdiyi xəbərə görə, biznesmen başqasının əmlakını ələ keçirməkdə və təhdiddə ittiham olunur.
Qeyd edək ki, üç ildən artıqdır ki, “Trevelers kofe” şirkətinin tərəfdaşları arasında münaqişə davam edir. Münaqişəyə isə şəbəkədə ticarət nişanının istifadə hüququ səbəb olub.
Məsələ ilə bağlı Ali Məhkəmənin qərarı 2017-ci ilin noyabrından başlayıb. Məhkəməni uduzan tərəf “Trevelers kofe” olub. Buna görə də ticarət markası olaraq şirkət Discovery Coffee brendinə keçməli idi. Hazırda Novosibirsk Arbitraj Məhkəməsi “Trevelers kofe” MMC-nin müflis olmasını iddiasına baxır. Bu səbəbdən də, bu şəbəkəyə daxil olan bir çox kafelər bağlanmalı olub.
S.Xankişiyeva