“Narkotik üçün anamı da satmağa hazır idim” - aktyordan etiraf
41 yaşlı Tom Hardi özü ilə bağlı gözlənilməz etiraf edib.
1news.az Axşam.az-a istinadən bildirir ki, Tom jurnalistlərlə söhbətində bir vaxtlar spirtli içki və narkotik aludəçisi olduğunu deyib.
On ildir bundan xilas olan aktyor həmin günlərini heç vaxt unutmadığını söyləyib.
“Həyatım boyunca dəhşətli dərəcədə spirtli içki aludəçisi olmuşam. 11 yaşımdan içki içir və narkotik istifadə edirdim. 16 yaşımdan isə narkotikin daha pis formasından istifadə etməyə başladım. Hətta bəzən onu almaq üçün anamı belə satmağa hazır idim” ,- deyə Hardi açıqlayıb.
Qeyd edək ki, 2003-cü ildə hədsiz narkotik istifadə etdiyi üçün halı pisləşən aktyor xəstəxanaya yerləşdirilib. Tom bildirib ki, həmin hadisədən sonra pis vərdişlərindən xilas olub.
1news.az