Şarmazanov: Paşinyan təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib
Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib.
1news.az erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın əməkhaqqı və pensiyaların artırılmasının zəruriliyi barədə bəyanatı - bu bəyanatla müxalif olarkən də çıxış edirdi - populizmdən başqa bir şey deyil.
Xatırladaq ki, Ermənistanın 2019-cu il dövlət büdcəsi layihəsində iqtisadi artım 4,9 faiz səviyyəsində planlaşdırılır, halbuki 2017-ci ildə bu göstərici 7 faizi ötürdü. Həmçinin əməkhaqqı və pensiyaların artırılması gözlənilmir.
1news.az
608