Paşinyan istefa barədə fikrini dəyişib
            
            
            Ermənistanın baş naziri Nikol Paşinyan hələlik istefası barədə qərar qəbul etməyib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan özü bildirib.
"Əgər özümə qalsaydı, mən artıq istefaya getmişdim. Lakin xalq tərəfindən mənim istefama qarşı kəskin reaksiya var. Və biz bu ssenari ətrafında daha ətraflı düşünəcəyik”.
Bununla belə, N.Paşinyan qeyd edib ki, dekabr ayında erkən parlament seçkiləri keçirilməlidir.
P.Sultanova
642








