Yaponiyada ağ pələng heyvanxananın əməkdaşını öldürüb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada ağ pələng heyvanxananın əməkdaşını öldürüb

09:33 - 09 / 10 / 2018
Yaponiyada ağ pələng heyvanxananın əməkdaşını öldürüb

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima şəhərindəki heyvanxanada ağ pələng hücum edərək əməkdaşı öldürüb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə oktyabrın 8-də axşam saatlarında baş verib.

Təqribən 40 yaşlarında olan kişi açıq havada boynunda caynaq izləri ilə aşkar edilib. Tezliklə xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər. Heyvanxananın əməkdaşı ölüm qabağı trankvilizatordan atəş açaraq pələngi zərərsizləşdirib.

Hazırda polis heyvanxanada yoxlama apararaq, burada heyvanlara qarşı necə davranıldığını araşdırır.

S.Xankişiyeva

 

Paylaş:
1228

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər