Paşinyan Tsarukyanla anlaşdı
Ermənistanın baş naziri Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan bu ilin dekabrında erkən parlament seçkilərinin keçirilməsinə dair memorandum imzalayıblar.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, memorandumda tərəflər dekabrda seçkilərin keçirilməsinə dair yekdillklə razılığa gəliblər.
Sənədə əsasən, erkən seçkilərlə əlaqədar olaraq parlamentin buraxılacağı təqdirdə, “Tsarukyan” bloku baş nazir vəzifəsinə namizədini irəli sürməyəcək.
Həmçinin, fraksiyadan olan deputatlar baş nazir vəzifəsinə namizədi irəli sürmək təşəbbüsündə iştirak etməyəcəklər.
P.Sultanova
611