Ukraynada hərbi anbarda partlayış: 20 min nəfər təxliyyə edilib – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ukraynada hərbi anbarda partlayış: 20 min nəfər təxliyyə edilib – VİDEO

10:20 - 09 / 10 / 2018
Ukraynada hərbi anbarda partlayış: 20 min nəfər təxliyyə edilib – VİDEO

Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyyə edilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Bundan başqa, Çerniqov vilayətində 20 km radiusunda hava məkanın bağlanıb, bölgə istiqamətində qatarların və avtomobillərin hərəkəti dayandırılıb.

Anbarın yerləşdiyi sahə 680 ha-dır.

S.Xankişiyeva

 

Paylaş:
953

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər