13 yaşlı qızla evlənən müəllimə ömürlük cəza – FOTO | 1news.az | Xəbərlər
Dünya

13 yaşlı qızla evlənən müəllimə ömürlük cəza – FOTO

17:14 - 10 / 10 / 2018
13 yaşlı qızla evlənən müəllimə ömürlük cəza – FOTO

Britaniyanın nüfuzlu təhsil müəssisələrindən olan London Dənizçilik Məktəbində (London Nautical School) böyük qalmaqal yaşanır.

1news.az-ın Daily Mail-ə istinadla verdiyi xəbərə görə, səbəb isə bu məktəbdə fizika fənnindən dərs edməyə başlamış gənc müəllim Casim Nurun 13 yaşlı qızla evlənməsidir.

34 yaşlı Casem Nur əslən Banqladeşdəndir. Onun valideynləri Banqladeşin paytaxtı Dəkkədə yaşayırlar.

"22 yaşım vardı. Mənə zəng vurub dedilər ki, nişanlanmışam. 18 yaşlı qızla nişanlayıblar məni, toy olmalıdır. Valideynlərimin sözündən çıxa bilməzdim. Banqladeşə yollandım, toyum oldu. Arvadımın 18 yaşlı olduğunu düşünürdüm", - Casem Nur deyib.

Nurun arvadının isə 18 yox, 13 yaşı vardı.

London polisi olaydan indi xəbər tutub və istintaqa başlayıb. Casem Nurun xanımı indi 25 yaşındadır.

Qadın ərə veriləndə 13 yaşının olduğunu, 8-ci sinifdə oxuduğunu deyib. Aparılmış analizlər qadının sözlərinin həqiqət olduğunu təsdiqləyib.

Koventri Təhsil İdarəsinin qərarı ilə Casem Nur işdən qovulub və ona dərs demək ömürlük yasaqlanıb.

S.Xankişiyeva

 

Paylaş:
2002

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər