Kolumbiyalı gözəl ilk dəfə gözəllik müsabiqəsinə qatılan transa qarşı – FOTO
Kolumbiyanın gözəllik kraliçası Valeriya Morales yeni açıqlamalar verib.
1news.az Ölkə.az-a istinadən bildirir ki, 20 yaşlı Morales “Kainat Gözəli” müsabiqəsində İspaniyanı təmsil edəcək transseksual model Ancela Ponsu sərt şəkildə tənqid edib. “Məncə bu tip müsabiqələrdə qadın olaraq dünyaya gələnlər iştirak etməlidir”, - deyə Kolumbiya gözəli bildirib.
“Kainat Gözəli” müsabiqəsi bu il Taylandda keçiriləcək. Müsabiqədə bir ilk yaşanacaq. İspaniya müsabiqəyə 26 yaşlı trans göndərir. Kolumbiya gözəli televiziyaya müsahibəsində deyib:
“Məncə belə müsabiqələr sadəcə qadınlara aid olmalıdır. Bu Pons üçün dezavantajdır. Ona hörmət etməliyik. Amma müsabiqəni onunla bölüşməməliyik”.
Sosial şəbəkədə isə Morales sərt reaksiyalarla üzləşib. Bundan sonra Kolumbiya gözəli geri addım atıb: “Əgər müsabiqə komitəsi Ancelanı qəbul edirsə, biz də sevgi və hörmət göstərməliyik”.
1news.az