Sərdar Ortaçın xanımı qəza keçirdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Sərdar Ortaçın xanımı qəza keçirdi - FOTO

12:23 - 16 / 10 / 2018
Sərdar Ortaçın xanımı qəza keçirdi - FOTO

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın həyat yoldaşı Kloe iş üçün getdiyi Mayami şəhərində qəzaya düşüb.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni telekanalların birində olarkən məlumat verib.

O, qəza nəticəsində xanımının sol qolunın qırıldığını,  sağ qolunda çatlar olduğunu, dizinin də əzildiyini deyib. Yanındakı rəfiqəsinin isə burnu qırılıb.

S.Ortac bildirib ki, anası xanımının yanındadır, oktyabrın 21-də isə o Mayamiyə gedəcək.

Qeyd edək ki, Kloe 2016-cı ildə də iş məqsədilə getdiyi Mayamidə qəza keçirmişdi.

1news.az

Paylaş:
624

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər