Bakının mərkəzində yol çökdü – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bakının mərkəzində yol çökdü – FOTO

15:06 - 17 / 10 / 2018
Bakının mərkəzində yol çökdü – FOTO

Bakıda yolda çökmə hadisəsi baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib:

"Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".

S.Xankişiyeva

FOTO: Oxu.az

Paylaş:
674

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər