Səudiyyəli prokuror Haşoqqinin qətlini öncədən planlaşdırıldığını deyib | 1news.az | Xəbərlər
Dünya

Səudiyyəli prokuror Haşoqqinin qətlini öncədən planlaşdırıldığını deyib

16:06 - 25 / 10 / 2018
Səudiyyəli prokuror Haşoqqinin qətlini öncədən planlaşdırıldığını deyib

Səudiyyə Ərəbistanında yayımlanan Əkbəriyə telekanalı cinayət işini araşdıran prokurorun Camal Haşoqqi cinayəti ilə bağlı bir etirafı barədə məlumat yayıb.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, səudiyyəli prokuror jurnalist Camal Haşoqqinın qətlinin öncədən planlaşdırıldığını deyib.

Xatırladaq ki, jurnalist C.Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib.

Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşətli detal: qatillərdən biri ortadan götürüldü – VİDEO

Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər