Liberman vəzifəsindən istefa verib | 1news.az | Xəbərlər
Dünya

Liberman vəzifəsindən istefa verib

15:33 - 14 / 11 / 2018
Liberman vəzifəsindən istefa verib

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu qərara onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılığı səbəb olub.

“Evimiz İsrail” partiyasının sədri Qəzza zolağında əməliyyatların davam etməsinin tərəfdarı olub.

Bundan əvvəl, o, İsrail KİV-lərinə müsahibədə ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi.

A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.

S.Xankişiyeva

 

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər