Kolerov: Böhran KTMT-də deyil, Paşinyanın idarəetmə sistemindədir | 1news.az | Xəbərlər
Ermənistan

Kolerov: Böhran KTMT-də deyil, Paşinyanın idarəetmə sistemindədir

12:32 - 20 / 11 / 2018
Kolerov: Böhran KTMT-də deyil, Paşinyanın idarəetmə sistemindədir

Ermənistan KTMT-də öz şərtlərini diktə etmək qərarına gəldi, amma buna müvəffəq olmayacaq. Mən bu qurumda heç bir böhran görmürəm, lakin Ermənistanın idarəetmə sistemində böhran görürəm ki, bu isə  KTMT-nin böhranı deyil.

1news.az xəbər verir ki, bu fikirləri REGNUM informasiya agentliyinin baş redaktoru Modest Kolerov “168 jam” nəşrinə müsahibəsində deyib.

O bildirib, "KTMT-də heç bir böhran yoxdur, bu, öz üzvlərinə ciddi məhdudiyyət qoymayan çox yumşaq bir təşkilatdır.

Ermənistan tərəfinin öz mövqeyində israr edəcəyinə dair açıqlamalaragəlincə, Kolerov deyib:

"Paşinyanın sözləri heç bir şey demək deyil, çünki qərarlar konsensusla qəbul olunur,  prezidentlər Lukaşenko və Nazarbayevdən hesabat tələb etməklə təhdidi ona kömək etməyəcək".

Anti-Rusiya mövqeyində olan “Sasna Tsrerin” də iştirak edəcəyi qarşıdakı parlament seçkilərindən danışan Kolerov deyib ki, hökumət “Sasna Tsrer” nümayəndələrini əfv etdirdikdən, iki il əvvəl təşkil edilən terror aktına görə məsuliyyəti aradan qaldırqdan sonra onlar radikal bir siyasi partiya halına gəldilər:

"Qeyd edim ki, onlarda Nikol Paşinyandan daha çox radikalizm var. Radikalizm məsələsində Paşinyan tədricən "Sasna Tsrer"ə  "ucuzacaq"  və zamanla o, bu qüvvəyə daha güzəştə gedəcək. Çünki onlara sərgilədiyi mövqeyi göstərir ki, Paşinyan faktiki və ideoloji planda bu qüvvəyə qalib gələ bilməz. "Sasna Tsrer"  isə Paşinyan hesabına öz nüfuzunu yüksətməyə çalışacaq”.

P.Sultanova

 

Paylaş:
694

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər