Prezidentin müşaviri: Ermənistan KTMT-dən çıxa bilər | 1news.az | Xəbərlər
Ermənistan

Prezidentin müşaviri: Ermənistan KTMT-dən çıxa bilər

11:42 - 22 / 11 / 2018
Prezidentin müşaviri: Ermənistan KTMT-dən çıxa bilər

Əgər ölkənin maraqları tələb edərsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını(KTMT) tərk etməklə bağlı qərar verə bilər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “İnsan inkişafı üzrə beynəlxalq mərkəzin” icraçı direktoru, Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan bəyan edib.

Onun sözlərinə görə, bu və digər beynəlxalq strukturlara üzvlük Ermənistanın maraqlarına cavab verməlidir:

"Ermənistanın KTMT-də iştirakı ölkəmizin maraqlarına cavab verir. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, bizim Rusiya silahlarını güzəştli şərtlərlə almaq imkanımız var. Bunu Rusiya ilə ikitərəfli münasibətlər çərçivəsində hələ edə bilməyəcək”.

KTMT baş katibinin vəzifəsini kimin tuta biləcəyinə gəlincə, Poqosyan bildirib ki,  erməni namizədin, eləcə də Belarus nümayəndəsinin  təyini az ehtimal edilir: "Çox güman ki, üçüncü bir ölkənin nümayəndəsi seçiləcək".

Onun sözlərinə görə, KTMT-də baş katib vəzifəsini saxlamaqdan daha çox Ermənistanın hansı siyasi dividendlər qazanması daha vacibdir: “Quruma daxil olan tərəfdaş ölkələrin Ermənistana hansı münasibət göstərməsi, həmçinin təşkilatın özünün nüfuzu bizim üçün daha çox əhəmiyyət daşıyır". 

P.Sultanova

Paylaş:
715

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər