Bu ailə 22 ildir kanalizasiyada yaşayır – VİDEO
Mariya Qarsiya və Migel Restrepo adlı cütlük 22 ildir ki, şəhər kanalizasiyasında yaşayır.
1news.az-ın məlumatına görə, Kolumbiyanın Medeline şəhərində yaşayan bu şəxslər bir zamanlar küçədə yaşayaraq narkotik vasitələrdən istifadə ediblər.
Cütlük onlara ev və maliyyə dəstəyi təqdim edə biləcək dostları və qohumları olmadığından kanalizasiya borusunu kiçik evə çevirməyə qərar verib.
Kiçik evlərində elektrik enerjisi də mövcuddur. Cütlük tədricən özünə mətbəx də qura bilib.
Onların Bleki ləqəbli iti də var.
Bu ağır şəraitə baxmayaraq, cütlük həyatlarından tam məmnun olduğunu bildirib.
1news.az
507