Soqoqmonyan: Paşinyan ordu quruculuğu üçün heç nə etməyib | 1news.az | Xəbərlər
Ermənistan

Soqoqmonyan: Paşinyan ordu quruculuğu üçün heç nə etməyib

16:41 - 28 / 11 / 2018
Soqoqmonyan: Paşinyan ordu quruculuğu üçün heç nə etməyib

Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Viktor Soqoqmonyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın  seçkiqabağı səsləndirdiyi fikirləri şərh edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, ordu quruculuğu işində Paşinyanın heç bir iş görmədyini bildirib.

"Mən hələ deputat olanda demişdim ki, Serj Sarkisyan və Robert Koçaryan 99-cu ildə ordunu Vazgen Sarkisyandan irs kimi qəbul etdilər. Rəylərə əsasən, ordumuz regionun ən səmərəli ordusuna çevrildi. İndi siz hansısa hakimiyyət nümayəndəsinin Ermənistan Silahlı Qüvvələrinin regionda ən effektiv olduğunu söylədiyini eşitdiniz. Yox, söyləmirlər”, Soqoqmonyan deyib.

Əlavə edib ki, Nikol Paşinyan belə bir fürsəti olsa da, orduda xidmət etməyib: “Qarabağ döyüşlərində iştirak etməyib, amma istəsəydi, edərdi. Bu, iki reallıq kifayət edir deyək ki, Paşinyanın ordu ilə bağlı mühakimələr səsləndirməyə, döyüş effektivliyindən danışmağa, ordunun bu və ya digər tarixi inkişaf mərhələsini qiymətləndirməyə haqqı yoxdur.

İkincisi, ordu quruculuğu məsələsində Paşinyan hələ ciddi heç bir iş görməyib və bunu necə ediləcəyini bilmir. Lakin ordunu yaradanlardan biri olan şəxsi tənqid edə bilir. Yeri gəlmişkən, Koçaryanın prezidentlik dövründə erməni ordusu görünməmiş dərəcədə inkişaf edib və bu, tarixi bir faktdır. Seçkiqabağı təşviqatda boşboğazlığın və böhtanın da bir limit olmalıdır”.

P.Sultanova

Paylaş:
538

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər