Zurabişvilinin andiçmə mərasimi Tbilisidə keçirilməyəcək | 1news.az | Xəbərlər
Dünya

Zurabişvilinin andiçmə mərasimi Tbilisidə keçirilməyəcək

15:48 - 05 / 12 / 2018
Zurabişvilinin andiçmə mərasimi Tbilisidə keçirilməyəcək

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Tbilisidə keçirilməyəcək.

1news.az  xəbər verir ki, mərasim Kaxeti regionunun Telavi şəhərində olacaq.

Andiçmənin dekabrın 16-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, müstəqil namizəd kimi seçkilərdə iştirak etmiş S.Zurabişvili ikinci turda 59,52 faiz səs toplayaraq prezident seçilmişdi.

1news.az

 

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər